7 baldan çox güclü zəlzələ Türkiyədə baş verə bilər – Türkiyədə

Türkiyədə yaxın bir neçə ildə sunamiyə səbəb ola biləcək 7 baldan çox güclü zəlzələ Türkiyədə baş verə bilər.

Bunu İstanbul meriyasının zəlzələlər üzrə alimlər şurasının üzvü Haluk Eyidoğan deyib.

“Proqnozlara görə, Mərmərə dənizində aktivliyin artması halında güclü zəlzələ baş verəcək. 2030-cu ilə qədər belə zəlzələnin baş vermə ehtimalı təxminən 50% təşkil edir”, deyə seysmoloq RİA Novosti-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu qənaətə regionda zəlzələlərin 2 min illik tarixinin öyrənilməsi, həmçinin geofiziki və seysmik tədqiqatların nəticələrinin təhlili əsasında gəlib.

Eyidoğan qeyd edib ki, gözlənilən zəlzələ İstanbul bölgəsinə təsir edə bilər və hadisənin iqtisadi nəticələri bütün Türkiyə tərəfindən hiss olunacaq.

Fevralın 6-na keçən gecə Türkiyənin cənub-şərqində ardıcıl 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Bunun nəticələri Suriya, Liviya, Livan və regionun digər ölkələrində də hiss olunub.

Türkiyə rəsmiləri zəlzələlərin ümumi zərərini təqribən 104 milyard dollar qiymətləndirib. Son məlumatlara görə, zəlzələlər nəticəsində 50 mindən çox insan həlak olub, onlardan 45,9 mini Türkiyədə, 7,2 mini isə Suriyadadır.

Türkiyədə fövqəladə vəziyyət və 7 günlük matəm elan edilib. Yeraltı təkan 1939-cu ildə Ərzincanda baş verən zəlzələdən sonra Türkiyədəki ən güclü təbii fəlakət kimi tanınıb.