Kamran Nəbizadə görüş keçirdi

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  Baş direktoru Kamran Nəbizadə  İspaniyanın “Dominion Global” şirkəti və onun törəmə müəssisəsi olan “BAS Corporation” -nin rəhbər heyəti ilə görüş keçirib .
İstehsal sahələrinin qurulması, enerji, telekommunikasiya, infrastruktur layihələrinin icrası kimi sahələr üzrə ixtisaslaşmış “Dominion Global” şirkətinin nümayəndələri təmsil etdikləri qurum haqqında ətraflı məlumat verərək, enerji sahəsi üzrə əməkdaşlığın qurulması imkanlarını vurğulayıblar. Görüş zamanı bildirilib ki, Korporasiyanın tərkibində fəaliyyət göstərən istehsal sahələrinin, xüsusilə alüminium sənayesində elektrik enerjisinə olan tələbatı nəzərə almaqla bu əməkdaşlığın qurulması gələcəkdə qeyd olunan istehsal sahəsi üzrə enerji təminatının davamlı olması baxımından zəruri bir addımdır. Qeyd olunmalıdır ki, “Dominion Global”-ın törəmə müəssisəsi olan “Bas Corporation” bərpaolunan enerji mənbələrinin istehsalı istiqamətində ixtisaslaşıb və dünyanın15 ölkəsində ümumi olaraq 1246 MW-dan çox enerji layihələri icra edib. Görüş əməkdaşlıq perspektivlərinin ətraflı müzakirəsi ilə davam edib
və sonra sahələr üzrə lazımi səfərlər edilib.
Hal-hazırda İspaniya şirkəti tərəfindən nəzərdə tutulan istiqamət üzrə təklifin hazırlanması yönündə işlər aparılır.