7 yaşlı uşağın ölümünə səbəb olan idmançı Milli Məclisdə müzakirə olunub

Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olan məşqçinini hərəkəti Milli Məclisdə müzakirə olunub.
XALQ.AZ -ın məlumatına görə, deputat Kamal Cəfərov bildirib ki, idmançı tək ölən uşağa deyil, digər uşaqlara da qəddar davranıb. Onun fikrincə, məşqiçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır:
“Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi idman məktəblərində nəzarəti gücləndirməlidir. İdman məktəblərində müəllimlərlə profilaktik söhbətlər aparılmalıdır. Bütün idman zallarına müşahidə kameraları quraşdırılmalıdır. Buradan uşaqlara demək istəyirəm ki, əgər siz də məşq zamanı pis rəftarla üzləşsəniz, mütləq 102-yə zəng edərək polisə məlumat verin”.