850 milyon avro dəyərində kokain daşıyana azərbaycanlı kimdir?

Siciliya sahillərində balıqçı gəmisində 5,3 ton ağırlığında və 850 milyon avro dəyərində kokain aşkar edilərək götürülüb.

XALQ.AZ-ın məlumatına görə, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, hadisədən sonra 20 nəfər və gəminin ekipajının beş üzvü, həmçinin narkotik maddənin daşındığı Palau bayraqlı ticarət gəmisindən daha 15 nəfər həbs edilib.

 

Qeyd edilir ki, Palau bayraqlı gəmidə saxlanılan 15 nəfər arasında Ukrayna, Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu açıqlanıb.