88 yaşlı kişi huşsuz vəziyyətdə tapıldı

88

Bakıda 88 yaşlı kişi huşsuz vəziyyətdə tapılıb.

XALQ.AZ-ın məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, FHN-in “112” qaynar telefon xəttinə əsasən 88 yaşlı kişinin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 7-ci mərtəbənin eyvanından enərək daxil olublar.

Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanıb.

O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.