Qusarda faciə baş verdi

Morq

Qusar rayonunda fermaların birində faciəvi hadisə baş verib.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə ötən gün baş verib.

Belə ki, avqustun 10-da Qusar rayonunun Aşağı-Ləyər kəndi ərazisində kənd sakini Ramiddin Hacıyev fermada təmir işləri aparılarkən yıxılıb. Hadisə Bakı şəhər sakini Raqub Əliyevə məxsus fermada baş verib.

Ramiddin Hacıyev fermanın damında təmir işləri apararkən yıxılıb. Hadisə nəticəsində o, yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.