9 yaşlı uşaq təyyarə qəzasından sağ çıxdı

Teyyare

ABŞ-da yüngül-mühərrikli iki təyyarə toqquşaraq qəza törədib.

XALQ.AZ-ın məlumatına görə, qəza Nyu-York da baş verib. Şənbə günü 27 sentyabr tarixində Nyu-York səmasında iki yüngül-mühərrikli təyyarə “Cessna 172” və təyyarə amfibiya “SeaRey” toqquşub.

Qəza zamnı 2 nəfər həyatını itirib. Bu Cessna 172 təyyarəsinin pilotu və sərnişini olub. Lakin möcüzə nəticəsində digər təyyarə amfibiya “SeaRey”in pilotu və onun 9 yaşlı qızı qəzadan sağ çıxıblar.

Hadisə barədə digər təfərrüatlar hələ ki, verilməyib