İranda zəlzələ oldu

Zelzele

İranda növbəti zəlzələ baş verib.

XALQ.AZ-ın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar İlam əyalətinin Mormuri şəhəri yaxınlığında qeydə alınıb.

Zəlzələ yerli vaxtla saat 03:30 radələrində, Rixter cədvəli üzrə 4,5 bal gücündə baş verib.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.