Səfərbərlik üzrə Dövlət Xidməti dövlət qulluğu kateqoriyasına daxil edilib

ordu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti dövlət qulluğu kateqoriyasına daxil edilib.

Bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə “Dövlət qulluğu haqqında” qanunun 2-ci (Dövlət qulluğu) maddəsinə təklif edilən əlavə Milli Məclisin bu gün keçirilən iclasında səsverməyə çıxarılıb.

Əlavəyə əsasən, maddədə dövlət qulluğu növü siyahısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adı salınır.

Layihə səsə qoyularaq qəbul edilib.