Rayonunun Qulubəyli, Cəfərli, Muradxanlı, Qaralar,və Oruclu kənd sakinlərini dinləyən yoxdur
İmişli sakinləri Xalq.az müraciət edərək şikayətləniblər. Belə ki, İmişli rayonunda yarana problemlərin həlli istiqamətində heç bir addım atılmır.
Kəndlərdə yaşayanlar sosial problemlərin həlli üçün İcra Hakimiyyətinin başçısı Vilyəm Hacıyevə müraciət etməklərinə baxmayaraq heç bir dəyişiklik olmadığını vurğulayırlar. Qulubəyli, Cəfərli, Muradxanlı, Qaralar,və Oruclukənd sakinlərinin sosial-iqtisadi problemləri uzun illərdir həll edilməz olub. Belə ki, Vilyəm Hacıyevə müraciət etməkdən daha beziblər. Acınacaqlı vəziyyətdə yaşayan kənd sakinləri “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı bütün regionları əhatə etdiyi halda, İmişli Rayon İcra Hakimiyyətinin başçısının təşəbbüskarlığının olmaması səbəbindən bu kəndlərdən yan keçib.
Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq