Saatlıda milyonların aqibəti necə olub?

7

Siraqəddin Cabbarov cənab Prezidentin verdiyi tapşırıqları yerinə yetirmir

 

Saatlı rayonuna qısa müddət ərzində milyonlarla manata yaxın dövlət büdcəsindən vəsait ayrılsa da, heç bir yenilik ortada yoxdur. Rayonun icra başçısı Siraqəddin Cabbarov yaratdığı vəziyyət büdcədən ayrılan  vəsaitlər nəzərdə tutulan işlərə sərf olunmur.

Xalq.az-a verilən məlumatda deyilir ki, Prezidentin Ehtiyat Fondundan  milyonlarla manatın  aqibəti bəlli deyil. Həmin vəsait rayonda aparılan yenidənqurma və abadlıq işlərinin yekunlaşmasına sərf olunmalı olduğu halda, indiyə qədər rayonun mərkəzində sadəcə kosmetik təmir işləri ilə yekunlaşıb. Bu azmış kimi, icra başçısı  Siraqəddin Cabbarov yarımçıq qalmış işləri də yekunlaşdırmaq fikrindən uzaqdır. Dəfələrlə edilən xəbərdarlıqlara və əhalinin etdiyi narazığıla rəğmən, başçı bunlara məhəl qoymur.

Qeyd edək ki, Saatlıda bu cür hallar ilk deyil, dəfələrlə təkrarlanıb. Belə ki, Siraqəddin Cabbarov  büdcədən ayrılmış pulların  aidiyyatı üzrə xərclənməsində maraqlıdır. Hətta rayonun mərkəzində  abadlıq quruculuq işlərinin həyata keçirilməsi rayonun sahibkarları tərəfindən həyata  keçirilməsi hamıya bəllidir. Sakinlər deyirlər ki, Saatlıda  faktiki vəziyyət «sahibsiz ərazi» anlamındadır. Daha doğrusu, yarımçıq işlərin sayının çoxluğu və büdcə pullarının mənimsənilməsi prosesi sürətli şəkildə həyata keçirilməsi səbəbindən bu işlərin başa çatdırılacağına güman belə yoxdur. Regionların 2009-2013 illərdə  sosial- iqtisadi inkişaf dövlət proqramına uyğun olan tədbirlər planı Saatlıda tam yekunlaşmayıb. Belə ki, proqram uzrə tam vəsait ayrılsa da, lahiyələr tam həyata keçirilməyib. Bildirək ki, Prezident İlham Əliyev bütün çıxışlarında rayonların yenidən qurulması və aballaşdırılmasından bəhs edir. Hər dəfə rayonlar arasında bununla bağlı rəqabətin olmasının vacibliyini vurğulayır. Cənab Prezident həmçinin dəfələrlə bəyan edib ki, İcra Hakimiyyətləri bu işləri reallaşdırmaq üçün smeta hazırlayıb, ona təqdim edərlərsə, lazımi tədbirlər görüləcək. Həm də bu işlər «Regionların Sosial-İqtisadi İnkişaf Proqramı»nın tərkib hissəsi kimi göstərilir. Amma təəssüflər olsun ki, Saatlı rayonu heç bir rayonla rəqabətə girəcək gücdə və səviyyədə deyil. Və dəhşətli hal odur ki, icra başçısı Siraqəddin Cabbarov bu prosesə heç maraqlı olmayıb.

 

Araşdırmalarımız  davam edir.

 

 

Qarşı tərəfində  mövqeyini dərc etməyə hazırıq.