Fransa Prezidenti Emanuel Makronun gələn həftə Azərbaycana səfəri nəzərdə tutulub.
XALQ.AZ xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycana gözətçi katerlərin tədarükü barədə Fransanın “Naval Group” şirkəti ilə gözlənilən müqaviləyə dair danışıqlar aparılacaq. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri də müzakirə olunacaq.
Prezident Emanuel Makronun oktyabrın 11-12-də Yerevanda keçiriləcək Frankofoniya zirvə görüşündə iştirak etmək üçün Ermənistana gedəcəyi də gözlənilir.
Orxan