Məktəbin tibb işçisi əxlaqsızlıq etdiyinə görə saxlanılıb.
XALQ.AZ xarici mətbuata istinadla xəbər verir ki, məktəbdə tibb bacısı işləyən qadın özünəməxsus avtomobilində 4 şagird ilə əxlaqsızlıq edib.
ABŞ-ın Meriland ştatındakı “Crisfield High School & Academy”da işləyən Samanta Marş(Samantha Marsh) 4 şagirdə qarşı seksual xarakterli hərəkətlər etdiyinə görə tutulub.
33 yaşlı tibb bacısı bu əməllərini 2018-ci ilin mart ayından 2019-cu ilin yanvar ayına kimi davam etdirib.
Saxlanılan qadın uşaqlarla sevişdiyini boynuna alıb. O bildirib ki, uşaqlar dərsdən çıxdıqdan sonra avtomobilinə mindirərək onlara qarşı seksual xarakterli hərəkətlər edirmiş.
Məktəbdən məsələ ilə bağlı açıqlama verilməyib.
Cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir.