Həbsdə olan Hacı Abgül Süleymanovun durumu barədə narahatedici məlumatlar yayılıb
Tanınmış dindar, hicab aksiyalarına görə həbs olunmuş Hacı Abgül Süleymanovun səhhətində problem yaranıb. Xalq.az sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, Hacı Abgülün səhhəti son iki gündə bir neçə dəfə pisləşib.
Onun səhhətində yaranmış problemin mənşəyi ilə bağlı heç bir məlumat yoxdur.