Masallıda attestat alveri

Astan

Astan İbişov keçmiş tarixə rəsmiləşdirdiyi sənədə görə 300 manat alır 

Məlum olduğu kimi, bir neçə il bundan əvvəl Təhsil Nazirliyinin qərarı ilə orta məktəbi bitirənlərə attestatın verilməsi prosesi ləğv edilib. Lakin bu qərar keçmişə şamil olunmayıb. Yəni, qərar verilənə qədər təhsil almış şəxslər sözügedən sənədi ala bilməyiblərsə, ona sahib olmalıdılar.

Xalq.az xəbər verir ki,  daxil olan məlumata görə, Masallının təhsil şöbəsinin müdiri Astan İbişov daha bacarıqlı çıxaraq, ona attestat üçün müraciət edənlərin çoxluğunu görüb bunu qazanc mənbəyinə çevirib. Həmin məlumatlarda deyilir ki, təhsil şöbəsinin müdiri hal hazırda vaxtıyla rayon orta məktəblərində təhsil almış şəxslərə attestatın satılmasını təşkil edir.

Məlumatda deyilir ki, köhnə tarixə sənədləşdirilən həmin sənədi almaq üçün isə Astan İbişov 300 manat tələb edir. Həmin attestatların hüquqi cəhətdən qanuni olmadığı deyilir.