Xalq artistinin evinə oğru girib

Amaliya

Azərbaycanın xalq artisti Amaliya Pənahovanın Mərdəkan qəsəbəsindəki bağ evinə oğru girib.

Xəzər Rayon Polis İdarəsindən Xalq.az-a verilən məlumata görə, hadisə ilə bağlı A.Pənahova özü polisə məlumat verib və bəlli olub ki, evdən nə isə götürülməyib.

Hadisə yerinə gələn polislər evin giriş qapısının açıq qaldığını və evdəki əşyaların dağıdıldığını görüblər.

O da bildirilir ki, A.Pənahovanın evindən keçən ilin sentyabr ayında 30 min manat oğurlanıb.