Koronavirusdan sağalan şəxslər yenidən bu xəstəliyə yoluxa bilər.
XALQ.AZ-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlı qeyd edib ki, həmin şəxslər yenidən bu virusa yoluxsa da, xəstəliyi yüngül keçirə bilər:
“Bu günki nəticələr göstərir ki, yenidən yoluxmalar var. Amma bu yoluxma sonradan hansı vəziyyətdə ağırlaşa bilər, o barədə konkret qarantiya yoxdur”.