Özbəkistan prezidenti Şavkat Mirziyoyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
Bu barədə “Kun.uz” yazıb.
Bildirilib ki, iyulun 4-də Mirziyoyev Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə qatılacaq.
Qeyd olunub ki, sammit virtual formatda baş tutacaq.