Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə cinayət işi açılıb
Sentyabrın 2-də Oazis Restoranında baş verən qanlı davadan sonra həbslər başlayıb. “Qafqazinfo” xəbər verir ki, dava iştirakçılarından biri – Ravid Abdullayev həbs edilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə cinayət işi açılıb. Hazırda xəstəxanada olan davanın digər iştirakçısı Zaur Əsgərov bildirib ki, bir azdan onun da həbs olunması gözlənilir.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib.