“Azeristiliktəchizat”-ın yay macəraları

6

Azəristiliktəchizat” ASC-nin sədri öz kefindədir

Bütün yayı istirahət mərkəzlərini dolaşan Yaşar Həsənov qışla bağlı tədbirləri unudub… Artıq yay fəslinin son günlərini yaşayırıq. Bu isə istər istəməz qış hazırlıqları mövzusunu aktuallaşdırır. Çünki, ənənə halını alıb ki, qış mövsümü gələr gəlməz paytaxtın istilik problemi Bakı əhalisinin əsas sosial problemlərindən birinə çevrilir.

XALQ.AZ xatırladır ki, hər il büdcədən paytaxtın istilik problemlərinin həlli üçün milyon manatlarla vəsait ayrılır. Lakin ortada böyük vəsaitin olmasına baxmayaraq Bakının istilik problemləri öz həllini tapmır. Buna görə də əhalinin böyük hissəsi elektrik enejisindən istifadə edərək istiliyə olan təlabatını ödəməyə çalışır. Bu isə həm əhaliyə həddindən artıq baha başa gəlir, həm də elektrik xəttlərinin həddindən artıq yüklənməsinə və enerji verilişində fasilələrə səbəb olur. Xatırladaq ki, paytaxt Bakının və digər şəhərlərin istilik təminatı 2005-ci ildə ölkə prezidentinin sərəncamı ilə “Azəristiliktəchizat” ASC həyata keçirir. Təşkilatın vəzifəsi paytaxıtı və ölkəninin böyük şəhərlərini qış aylarında istilik təmin etməkdir. Bunun üçünsə qazanxanaların, istilik xəttlərinin yay aylarında təmiri, qazanxanaların işləməsi, yeni istilik qurğularının tikilməsi lazımdır. Amma… Amması budur ki, “Azəristilik” ASC yay fəslindən istifadə edərək qışa hazırlaşmalı olduğu halda heç bir təmir və ya yenidənqurma işlərinə təsadüf etmir.

XALQ.AZ-a  daxil olan məlumatlara görə, ASC-nin rəhbəri Yaşar Həsənov bütün yayı ümumiyyətlə işə çıxmayıb. Dünya turnesinə çıxan sədr işləməkdənsə istirahət etməyi daha məqsədəuyğun hesab edib. Amma Yaşar Həsənovun bu istirahəti qış aylarında sakinlərin əməlli-başlı probleminə çevriləcək.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq..