Ağstafada Dövlət Müstəqilliyi Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

 

06

 

Ağstafadakı Heydər Əliyev Mərkəzində 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.Xalq.az  xəbər verir ki, tədbirdə Azərbaycanın dövlət müstəqilliyinin tarixindən geniş söhbət açılmışdır.
Bildirilmişdir ki, müstəqilliyimizin ilk illərində ölkədə vəziyyət dözülməz həddə çatandan sonra 1993-cü ildə Azərbaycan xalqı öz xilasını, gələcəyini yalnız ümummilli lider Heydər Əliyevdə görmüşdür. Şübhəsiz, xalq bu qənaətə 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanda yaşanan inkişafın ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğuna görə gəlmişdir. Azərbaycan üçün həlledici anlarda onun qətiyyəti, sözü həlledici rol oynamışdır. Ümummilli Lider Sovet İttifaqının dağılması ərəfəsində də böyük siyasi cəsarət göstərərək daim xalqı ilə bir yerdə olmuşdur. Azərbaycanlılara qarşı təcavüzdən – Qanlı 20 Yanvar faciəsindən dərhal sonra o, öz səsini ucaltmışdır. Üçrəngli bayrağımız 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasında rəsmi dövlət bayrağı kimi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dalğalanmışdır.
Çıxış edənlər Azərbaycan üçün bu şərəfli tarixin əhəmiyyətindən ətraflı danışmışlar.
Vurğulanmışdır ki, bu gün Ulu Öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə uğurla davam etdirilir, dövlətimizin müstəqilliyi daha da möhkəmlənir.