Lerikin sosial-iqtisadi inkişafı təmin olunur

Lerikin sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

 

 

33

Lerik Rayon İcra Hakimiyyətində keçirilən geniş şura iclasında sosial-iqtisadi inkişafın 9 aylıq yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.Xalq.az  xəbər verir ki, rayonun icra strukturlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, bələdiyyə sədrlərinin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi toplantıda bu ilin doqquz ayında Lerikdə sosial-iqtisadi inkişaf istiqamətində bir sıra uğurlar qazanıldığı qeyd olunmuşdur.
Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında müəyyən edilmiş tədbirlər çərçivəsində son 10 ildə rayonda 40-a yaxın məktəb, 9 səhiyyə müəssisəsi, 3 uşaq bağçası, turizm-istirahət mərkəzləri, bir sıra ictimai iaşə və ticarət obyektləri, kərpic zavodu, broyler fabriki, çörək zavodu inşa edilmişdir. Həmçinin 38 yaşayış məntəqəsi qazlaşdırılmış, elektrik xətlərində təmir işləri aparılmış, artezian quyuları qazılmış, su xətləri çəkilmiş, yollar asfaltlaşdırılmışdır.
Bu ilin doqquz ayında da rayonun yaşayış məntəqələrində bir cıra sosial-infrastruktur layihələri həyata keçirilmişdir. Uzunluğu 26 kilometr olan Lerik-Qosmalian-Kəlvəz yolu yenidən qurulmuş, 32 kilometrlik Noda-Şingədulan-Xanagah yolunun tikintisinə başlanılmışdır. Hesabat dövründə rayonda 680 yeni iş yeri açılmışdır.
Şura iclasında çıxış edənlər rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış bu və digər uğurlardan danışmış, mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparmışlar.
İclasda Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.