Lənkəranda ağacəkmə aksiyasına start verildi

44

Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən noyabr ayının 01-dən 30-a kimi şəhər ərazisinin yaşıllaşdırılmasına dair sərəncam imzalanıb.

Xalq.az  xəbər verir ki,  sərəncama əsasən bu gün növbəti ümumrayon iməciliyi keçirilib və iməcilikdə yol ətrafında 6000-ə yaxın agac əkilib. Lənkəranın şəhər, qəsəbə və kəndlərində 2013-cü ilin noyabr ayının 1-dən 30-dək yaşıllaşdırma aylığı keçirilir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbələri, ərazi dairələrindəki icra nümayəndələri, Lənkəran şəhər Mənzil istismar və kommunal müəssisələr idarəsi, Mənzil təsərrüfatı idarəsi, Yaşıllaşdırma idarəsi, Lənkəran şəhər 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, 1 saylı ərazi üzrə Ekologiya və təbii sərvətlər şöbəsi, Lənkəran Meşə bərpası və mühafizəsi müəssisəsi, Hirkan Milli Parkı  və digər aidiyyəti təşkilatlar, Lənkəranın şəhər, qəsəbə və kəndlərinin ərazilərində iməcliklər keçirib əhalinin iştirakı ilə park, bağ və meydanlarda,  magistral yol və küçə kənarlarında ağac, həmişəyaşıl, dekorativ kolların əkilməsinə start verilib. Lənkəran şəhər icra hakimiyyəti başçısının təşəbbüsü ilə şəhərin müxtəlif ərazilərində keçirilən aksiyada əsasən şəhərin cənub girişindən Sütəmürdov kəndi ərazisindən başlayaraq yol boyunca Cənub bölgəsinin təbiətinə uyğun olan palma, dəmirağacı, çinar, ağcaqayın və şam ağacları əkilib. Səhər saatlarından başlanan iməcilikdə şəhərin idarə, müəssisə və təşkilatları eləcədə 1000 nəfərə yaxın nümayəndə iştirak edib. Ağacəkmə aksiyasında iştirak edən ŞİH-nin başçısı cənab Taleh Qaraşov onu da bildirib ki, ölkə başçısının tapşırığına əsasən görülən işlər sürətlə davam etdirilir və Lənkəran şəhəri gündən -günə gözəlləşir. Ümumiyyətlə burada ilin sonuna kimi hava şəraitinin imkan verdiyi bütün günlərdə ağac əkinləri mütəmadi olaraq davam etdiriləcəkdir.

Qeyd edək ki, ümumilikdə Lənkəranda kütləvi ağacəkmə kompaniyasında 50 minə yaxın agac əkilməsi planlaşdırılıb.