“AA” seriyalı avtomobil Bakının mərkəzində qaydaları pozdu-Video

Bakıda “AA” seriyalı avtomobil yol hərəkəti qaydasını kobud şəkildə pozub.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, “Lexus” markalı, 99-AA-746 dövlət nömrə nişanlı avtomobil yolun qarşı hərəkət zolağına çıxaraq, qəza şəraiti yaradıb.
Həmin qayda pozuntusu anbaan qarşıdan gələn avtomobilin içərisində olan videoqeydiyyatçı vasitəsilə lentə alınıb.
Həmin görüntüləri təqdim edirik: