ABB müştərisini necə aldadır?

“Azərbaycan Beynəlxalq Bankı” təssüflər olsun ki, yeniliklər edəcəyik deyib kartı daha da bərbadlaşdırır.
XALQ.AZ  xəbər verir ki, bu barədə bank müştərisi Emin Nəsibov yazıb. O bildirib ki, ABB kartı ilə alış-veriş etdiyinə peşman olub:
“ABB, bütün cashbaklatı azaltdınız, anladıq. Amma bütün ödənişlər 1 faiz keşbek siyahısından çıxarmısız. Belə olan halda heç kim nə bürünc, nə gümüş, nə qızıl missiyasını tamamlaya bilməz və kiməsə sərf eləməz. Bu gün 500 manata yaxın alış-veriş etmişəm, amma bütün ödənişlər 1 faiz keçbeki yox imiş. ABB kartından istifadə etdiyimə görə bu gün peşman oldum. Bunu nəzərə alsanız, yaxşı olar”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.