Abdolbari Goozala şok müraciət

 

28

 

“Azərsun Holding”Şirkətlər qrupunun prezidenti Abdolbari Goozala!

“Azərsun Holding”Şirkətlər qrupunun prezidenti Abdolbari Goozala İmişli rayonu , Cabir Quliyev küçəsində yaşayan Quliyev Zaur Əliqulu oğlundan
Müraciət
Hörmətli Gözəl bəy!
Artıq Sizinlə görüşmək ümidilə mən sizə beş teleqram göndərdim. Sizi bəzi məsələlərlə bağlı məlumatlandırmaq istəyirdim. Lakin Sizdən Cavab almadığıma görə mən mətbuat vasitəsi ilə Sizə müraciət etməyi münasib bildim.Mən Qarabağmüharibəsi iştirakçısıyam.Ailəliyəm, iki azyaşlı uşağım var. Öhdəmdə 75 yaşlı qoca atam ,73 yaşlı qoca anam var.Rayon yerində iş tapmaq çətin olduğu üçün mən 11ildir ki, Şəkər zavodunda işləmək məcburiyyətindəyəm.
Hörmətli Gözəl bəy!
Sizə müraciət edirəm! İmişlidə Fəaliyyət göstərən Şəkər zavodundan Xəbəriniz varmı? Əgər varsa nəyə görə o boyda özbaşınalıqlara göz yumulur? Yoxdursa xahiş edirəm məni qəbul edəsiniz.O boyda zavodda insanların taleini 3-4 adamın iradəsinə tabe etmək olmaz.Kiməsə iradımızı bildirmək istədikdə qapını bizə göstərirlər.Şəkər zavodunda insanlarla qul kimi davranırlar.Ailə- uşaq xatirinə dözüb işləyənlər öz qürürlarıni qurban verirlər.Burada başqa ab –hava var.
Hörmətli Gözəl bəy!
Zavodun direktoru Fərhad Tuğal buranı öz şəxsi əmlakı hesab edir.Burada bir qarın cörəkpuluna işləməyə cəlb edilən gənclərin ölüm ya əlil olma halları tez tez baş verir.13 dekabr 2012- ci ildə Cəbiyev Azər ,Əmiraslanov Namikin ölümlə nəticələnməsinə səbəb olub.Məni 27 metr yüksəklikdə işləməyə məcbur edirlər,hec bir təhlükəsizlik qaydalarına riayyət olunmur. Burada ölüm ya da əlil olmaq adi bir hala çevrilib.Tozla işləyən fəhlələrə heç bir maska verilmir. 20 fəhlənin işini 3-4 fəhləyə gördürürlər.Adicə təhlükəsizlik kəmərləri bağlamadan bizləri yüksəklikdə işləməyə təhrik edirlər.Mən adicə iradımı bildirdikdə məni qovacaqları ilə hədələyirlər.Məni yem zavoduna zibil daşımağa göndərdilər.Hər gün 12 saat işləmək məcburiyyəində qalıram.Bunu bilərəkdən edirlər ki,mən oradan qaçım. Evə üstü bitli –birəli gəlirəm.Bu toz torpaqda işləyən fəhlələr 2-3 ilə vərəm xəstəliyinə tutulması labüddür.Əcnəbi işçilərə üstünlük verilməsi ,onların yerli adamlarla kobud davranışı heç bir çərçivəyə sığmır.12 saat istirahətsiz işləmək nə deməkdir ?Əvəzində 8 saatın pulu ödənilir,qalan saatların pulunu ödəmirlər. Evə,ailə uşağın yanına qəpik quruşla gəlirik. Nə arvad,nə uşaq,nə də qoca valideynlər üzümüzü görmür.Biz Fərhadın girovuna çevrilmişik.Sabah biz cəmiyyətə hansı sağlam övlad verə bilərik? İstər fiziki,istərsədə mənəviyyatca sındırılmış kişilər cəmiyyətə hansı sağlam uşaq.ya kişi verə bilər? İmişlidə səhərə yaxın havadan kəskin qoxu gəlir.İnsan bu qoxudan evdə nə yata ,nə də nəfəs ala bilir.Bu zavodun havaya buraxdığı zəhərli qazlardır.
Hörməli Gözəl bəy! Fərhad bəyə dur deyən tapılmır. Zavodda təhlükəsizlik qaydaları daim pozulur. Necə necə şikəst olanlar var. Onlar haqqındsa mən redaksiyaya məlumat vermişəm.
İnsanlarla verilən dəyər budurmu,yoxsa insan həyatı bu qədərmi ucuzlaşıb? Onlara toyuq –cücə kimi baxırsınız.Keçən həftə qənd sexinin işçiləri 8 saatlıq iş rejiminə keçməsi barədə etiraz etdilər.Lakin onlara Fərhad barmaq silkələdi.Növbəti ayda zavoda elə aparatlar gətirəcəyik ki,sizə ehtiyac olmasın dedi. Hörmətli Gözəl bəy! Sizin xeyriyəçi olduğunuz hamıya bəllidir.Somalidəki uşaqlara,İrakdakı uşaqlara edilən yardımlar bizim alın tərimizdən yoğrulub.Olsun!Əvvəl evin içi ,sonra çölü deyirlər.Mənim deyəcəklərim çoxdur.Lakin mən faktları açıqlamıram.Bir şey deyə bilərəm, Fərhad bəyə başa salın ki,əgər o zavodu öz əmlakı hesab edirsə, zavodun üstündə durduğu torpağ bizə məxsusdur.Deyiləsi çox şeylər var.ONUN DA VAXTI ÇATAR.İnşallah.
P.S.Yəqin ki, Müdafiə Nazirimiz Zakir Həsənov gələcəkdə məndən orduya uşaq istəyəcək.Arvadım i üzümü görmür.Mənə ümüd olmasınlar.İmişli kişilərinin hamısı o gündədir.
İmza : Zaur Quliyev. İmişli rayonu