Abituriyentlərin nəzərinə!

TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 12-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında iştirak edədn abituriyentlərə müraciət edib.

TQDK-dan verilən məlumata görə, imtahanda istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə bağlı appelyasiya komissiyası yaradılıb.

Appelyasiya komissiyasına müraciət etmək istəyənlər iyul ayının 14-də saat 10-dan 17-dək şəxsiyyət vəsiqələri ilə TQDK-ya müraciət edə bilərlər.