Azarkeşlərə şad xəbər!

Futbol-1

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Valletta” (Malta) – “Qarabağ” (Azərbaycan) oyunu canlı yayımlanacaq.

XALQ.AZ-ın məlumatına görə, “Qarabağ” futbol klubu azarkeş marağını nəzərə alaraq oyununun canlı yayımlanması təşəbbüsünü öz üzərinə götürüb. Matç “İdman Azərbaycan” kanalı ilə canlı olaraq yayımlanacaq.

Qeyd edək ki, “Valletta” (Malta) – “Qarabağ” (Azərbaycan) oyunu sabah Bakı vaxtı ilə 21:30-da start götürəcək.