ABŞ-da qadınlar üçün taksi

Taksi

Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində “taksiçilik” sahəsində qeyri-adi addım atılıb.

XALQ.AZ-ın xəbərinə görə, taksi dayanacaqlarından biri qadın sürücülərin idarə etdiyi taksilərlə sadəcə qadın müştərilərə xidmət göstərəcək.

“Qadın taksiləri-Qadın sürücülər” (SheTaxis-SheRides) adlı firma yaşı 21 ilə 70 arasında dəyişən 50 qadın sürücü ilə fəaliyyətə başlamağa hazırlaşır.

Məlumata görə, bütün qadın sürücülərin boynunda çəhrayı şal olacaq, ödəniş isə mobil telefonla həyata keçiriləcək.