Təriqət lideri öz qızlarını zorladı

zorlama

İsrailli təriqət lideri çox sayda həyat yoldaşlarından olan qızlarını zorlamaqda günahlandırılır.

XALQ.AZ-ın məlumatına görə, İsraildə məsih olduğunu iddia edən Qoel Rason illərlə 21 həyat yoldaşına və onlardan olan 38 övladına ağıla gəlməz hərəkətlər edib. Həbsi barəsində qərar çıxarılan Rason həyat yoldaşları hesab etdiyi qadınları və qızlarını zorlamaqda ittiham edilir.

Fakt onun həyat yoldaşlarından birinin yaşadıqlarına dözə bilməməsi nəticəsində üzə çıxıb. Polisin gözlənilməz hücumu nəticəsində müəyyən olub ki, 4 otaqlı mənzildə yaşayan təriqət lideri burada, 21 qadını və onların 38 övladını ona itaət etməyə və seksual münasibətdə olmağa məcbur edir.

Qeyd edək ki, Qoel Rasona nə qədər cəza veriləcəyi yaxın günlərdə bilinəcək.