ABŞ-dan “əzələ nümayişi”

111

ABŞ Litva ilə birgə genişmiqyaslı hərbi təlimlərə başlayıb.

XALQ.AZ-ın məlumatına görə, hərbi təlimlər Litvada keçirilir. “Qara ox” adı altında keçirilən təlimlərdə Litva Silahlı Qüvvələrinin hərbçiləri ilə yanaşı ABŞ Hərbi Hava Qüvvələrinin bölmələri də iştirak edir.

Litva Quru Qoşunlarının “Dəmir canavar” briqadasının da iştirak etdiyi təlimlərin bu il Litvada keçirilən ən böyük təlimlər olduğu bildirilir

Qeyd edək ki, ABŞ və Litvanın birgə keçirdiyi təlimlər NATO-nun Ukraynayla sərhəd ölkələrdə həyata keçirdiyi təlimlər proqramının bir hissəsidir.

Onu da bildirək ki, bu ilin aprel ayında Latviya, Litva, Polşa, Rumınya və Estoniya ölkə ərazisində hərbi gücün daha da artıtılması məqsədilə NATO və ABŞ-a müraciət etmişdi.