“Nurçulara və vəhabilərə dur deməyin zamanı çatıb”

Alimemmed

Əliməmməd Nuriyev: “Nurçular Azərbaycan təhsilinə ciddi təsir imkanı əldə ediblər”

“Azərbaycanda qeyri-ənənəvi dini təriqətlər, xüsusən də Nurçular təhsil sektoruna ciddi təsir imkanı əldə ediblər”.

XALQ.AZ xəbər verir ki. bu sözləri Editor.az-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev nurçu və vəhabi dini cərəyanlarının fəaliyyətindən danışarkən belə deyib.

Onun sözlərinə görə, bu kimi halların qarşısını almaq üçün cəmiyyətdə maarifləndirmə işi aparılmalıdır: “Etiraf etmək lazımdır ki, bu gün ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində, bəzi universitet və litseylerdə nurçuların ciddi təsir imkanları var. Onlar yüksək və peşəkar təhsilin əvəzində cəmiyyətin həmin müəssisələrə marağını artırır və bu yolla onların etimadını qazanmağa çalışırlar. Bu mənada Azərbaycan təhsilində ciddi islahatların aparılmasına, təhsildə keyfiyyətin artırılmasına nail olmaq lazımdır. O zaman ki, digər müəssisələr də keyfiyyətli təhsil verəcək, onda cəmiyyət özü də nurçulara aid universitet və litseylərə maraq göstərməyəcək. Son dövlər hökumət və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən atılan addımlar bu kimi halların qarşısını müəyyən mənada alsa da, bununla kifayətlənmək olmaz. Hesab edirəm ki, nurçu və vəhabilərə dur deməyin zamanı çatıb və istər dövlət, istərsə də vətəndaş cəmiyyəti insitutları və media tərəfindən qeyri-ənənəvi dini cərəyanlara qarşı mübarizə gücləndirilməli, cəmiyyətdə ciddi maarifləndirmə işləri aparılmalıdır”