“ABŞ ilə əlaqələrimizi daha da genişləndirmək əzmindəyik” – İlham Əliyev

“Bu gün biz bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ ilə əlaqələrimizi daha da genişləndirmək əzmindəyik”.

Bu sözlər Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Cozef Baydenə ünvanladığı təbrik məktubunda yer alıb.

“Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, – məktubun mətnində qeyd olunur.