ABŞ jurnalisti girov götürüldü (FOTO)

J-2

Ukraynanın Slavyansk şəhərinin rusiyapərəst “xalq meri” Vyaçeslav Ponomaryov amerikalı jurnalist Simon Ostrovskini girov götürdüklərini bildirib.

Xalq.az-ın verdiyi məlumata görə, ABŞ və İsrailin vətəndaşı olan Ostrovski Amerikanın “Vice” nəşrinin əməkdaşıdır.

“O, bizim əlimizdədir. Hazırda material üzərində işləyir”, – deyə Vyaçeslav Ponomaryov bildirib.

Bu arada “Vice” nəşri Simon Ostrovskinin əsirlikdə olduğunu təsdiqləyib.

“Biz Ostrovski ilə bağlı vəziyyətdən xəbərdarıq. Dostumuz və bizim həmkarımızın azad olunması üçün çalışırıq”, – deyə “Vice” nəşrinin tvitində bildirilir

UKRAINE-RUSSIA-CRISIS-POLITICS-SLAVYANSK

Jurnalist