ABŞ müdafiə naziri Gürcüstanda

 

18

ABŞ müdafiə naziri Çak Heygel sentyabrın 6-da Gürcüstana gedib

 

NATO-nun Böyük Britaniyada keçirilən sammitindən sonra Heygel Tbilisiyə yollanır.
Gürcüstanın Müdafiə Nazirliyi bildirib ki, Heygel ölkə rəsmiləri ilə İŞİD-ə qarşı mübarizədə onların verə biləcəkləri köməyi müzakirə edəcək.
Gürcüstan müdafiə naziri İrakli Alasaniya «Reuters»ə bildirib ki, Heygelin səfəri ABŞ-ın Gürcüstana dəstəyini nümayiş etdirir.
Alasaniya həm də bu səfərin ABŞ-la müdafiə sahəsində əlaqələrin dərinləşəcəyinə səbəb olacağını gözləyir.
Gürcüstan Moskvanın qəti əleyhinə baxmayaraq, hərbi alyansa qoşulacağına inanır