Sumqayıtda avtobus sürücülərinə qarşı kampaniya

 

84

Sumqayıt Şəhər İcra Hakimiyətinin başçısı Eldar Əzizov rəhbərlik etdiyi şəhərin 65 illik yubileyinin təntənəli surətdə bayram edilməsinə hazırlaşır. Bununla bağlı məlumat verən  mənbənin sözlərinə görə, artıq bununla bağlı şəhərin müxtəlif hissələrində bayram lövhələri də qurşdırılıb. İşin ən maraqlı tərəfi isə şəhərin 65 illik yubileyinə hazırlıqla əlaqədar olaraq Sumqayıt şəhərində fəaliyyət göstərən bütün ictimai nəqliyyat vasitələrinə üzərində “Sumqayıt-65” yazıları əks olunan lövhələrin məcburi qaydada satılmasıdır.
Hər avtobus sürücüsünə 10 manat qarşılığında bir ədəd bu cür lövhə verildiyini bildirən mənbənin sözlərinə görə, belə getsə icra başçısı bayram tədbirləri üçün gərəkli olan bütün xərci avtobus sürücülərinin cibindən çıxardacaq.Moderator.az