ABŞ səfirliyi AZAL-ın addımını alqışladı

ABS

“ABŞ hökuməti gələcəkdə də Azərbaycanla mülki aviasiya sahəsində işi davam etdirmək və iqtisadi əməkdaşlığı gücləndirmək ümidindədir”. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti “Azərbaycan Hava Yolları” QSC-nin Birləşmiş Ştatlara həyata keçirdiyi ilk birbaşa uçuşun gerçəkləşməsini alqışlayıb.

Səfirliyin açıqlamasında qeyd edilir ki, bu ABŞ və Azərbaycan hökumətlərinin bir neçə illik əməkdaşlığının nəticəsidir. “Bu uçuşlar turizmin və yük daşımalarının inkişafına təkan verəcək, dövlət arasında olan dostluğu gücləndirəcək”.

Səfirliyin məlumatında qeyd olunur ki, Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycanın üzərinə düşən səkkiz mühüm təhlükəsizlik elementinə dair öhdəlikləri səmərəli yerinə yetirə bilib. 2014-cü ilin martında isə beynəlxalq aviasiya təhlükəsizliyinin qiymətləndirilməsini uğurla keçən Azərbaycan ABŞ-ın Federal Aviasiya Administrasiyası tərəfindən aviasiya təhlükəsizliyi sahəsində 1-ci ranq kateqoriyası alıb. Bu isə Azərbaycanın hava daşıyıcılarına birbaşa ABŞ-a uçuş etmək icazəsi verir.