Orjinal toy dəvətnaməsi (FOTO)

D-1

Daha bir jurnalist özünə toy çaldırmağa hazırlaşır. Bu dəfə ANS-in idman xəbərlərinin aparıcısı Xəyal Azəroğlu subaylığın daşını atacaq.
Aparıcının toy dəvətnaməsi orjinallığı ilə fərqlənir. Belə ki, jurnalistin toy dəvətnaməsi belə mətbu orqan olan qəzeti xatırladır.

Xəyal Azəroğlu açıqlamasında qeyri-adi dəvətnamənin ideyasının özünəməxsus olduğunu deyib.

“Mən özüm də jurnalist olduğum üçün dəvətnamənin jurnalistika ilə əlaqəli olmasını istədim. Bu ideyanı dostum dizayner Röyal Pşayevə dedim. O da mənə kömək etdi. Dəvətnamənin başlığını ANS televiziyasında yayımlanan “Xəbərçi”nin adından götürmüşəm”.

D-1

D-2

D-3

D-4