“ABŞ Senatı yeni qanun qəbul etməyi planlaşdırır”

“ABŞ Senatı kriptovalyutaların tənzimlənməsində daha bir boşluğu aradan qaldırmaq üçün yeni qanun qəbul etməyi planlaşdırır. Qanun mərkəzləşdirilməmiş maliyyə (DeFi) sahəsində çirkli pulların yuyulmasına qarşı sərt tələblər tətbiq edəcək”.

Bunu deyən millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, Qanun DeFi protokollarının öz istifadəçi bazasına bank nəzarəti standartlarını tətbiq etməsini nəzərdə tutur: “Senat hesab edir ki, sənəd milli təhlükəsizliyin təmin edilməsində böyük rol oynayaraq “kriptovalyutaların istifadəsi əsasında cinayətkarlığın artmasına qarşı mübarizə” məqsədi daşıyacaq. DeFi – blockchain üzərində qurulmuş xidmətlər və tətbiqlər şəklində olan maliyyə alətləridir. Defi-n əsas vəzifəsi bank sektoruna alternativ olmaq və mövcud maliyyə sisteminin ənənəvi texnologiyalarını açıq mənbə protokolları ilə əvəz etməkdir”.