ABŞ silahdan imtina etdi

48

 

“Kalaşnikov” konserninin “Russian Weapon Company” ilə ABŞ-a atıcı silahın satışı haqqında müqavilə ləğv edilməyib, sadəcə dondurulub”. Bu haqda “Rosoboroneksport”un baş direktorunun müavini İqor Sevastyanov bildirib.

Daha əvvəl bildirilirdi ki, 2014-cü ildə RWC-lə imzalanan müqaviləyə əsasən “Kalaşnikov” konserni ildə 200 min silahı ABŞ və Kanadaya çatdırmalıdır. Ancaq daha sonra bu şirkət rəsmi Vaşinqtonun sanksiyalarına düşdü.
Sevastyanov əlavə edib ki, idman-ov silahının istehsalına lisenziya ABŞ şirkətlərinə verilməyib və onun sözlərinə görə, Rusiya silahı indi qərb ölkələrinə satılmır.