TQDK-nın mətbuat xidməti ləğv olunub?

TQDK

Bir neçə gündür ki, jurnalistlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidməti ilə əlaqə saxlamaq istəsələr də, bu, əsl problemə çevrilib. Heç TQDK mətbuat katibi Elnur Nağızadə də telefonlara cavab vermir. 

Dəfələrlə Elnur Nağızadə ilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, etdiyimiz zənglər cavabsız qaldı.

TQDK-nın ictimaiyyətlə münasibətlərini bu şəkildə məhdudlaşdırması isə ciddi maraq doğurub. Hətta iddia olunur ki, qurumda ciddi yoxlamalar gedir, həmçinin dəyişikliklərin olması da istisna edilmir.

Mövzunu diqqətdə saxlayacağıq.

Qaynar.info