ABŞ Ukraynadan Rusiyaya zərbə endirməməyi xahiş etdi – “Reuters”

“Birləşmiş Ştatlar Kiyevə Rusiya ərazisinə, xüsusən də ölkənin daxili hissəsinə zərbələr endirmək təhlükəsi barədə xəbərdarlıq edib, çünki bu, eskalasiya riski daşıyır”.

Xalq.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən yazır.

Qeyd edilir ki, Vaşinqton nümayəndələri Qərbin bu məqsədlə Ukraynaya verdiyi silahlardan istifadə etməsindən narahatdırlar.

Nəşrin həmsöhbətlərindən biri deyib: “Bizim eskalasiya ilə bağlı narahatlığımız var və eyni zamanda, coğrafi məhdudiyyətlər qoymaq və ya onlara verdiyimiz silahlardan istifadə etməklə Ukraynanın əllərini “bağlamaq” istəmirik”.

Başqa bir mənbə vurğulayıb ki, ABŞ və Ukrayna Kiyevin verilən silahlardan nə dərəcədə istifadə edə biləcəyi barədə qarşılıqlı anlaşmaya malikdir.