“AccessBank” üç nəfəri evindən küçəyə atır

“AccessBank” üç nəfəri evindən küçəyə atır. Bunun üçün bank məhkəməyə müraciət edib.

“AccessBank” məhkəmədə Əhmədov Hüseyn, Əhmədzadə Seyidəzim və Əhmədova Nailə ilə bağlı iddia qaldırıb.
Mənzillə bağlı yaranmış mübahisə səbəbindən bank adı çəkilən şəxsləri mənzilindən çıxarır.
İşə hakim Etibar Quliyevin sədrliyi ilə baxılır. Tərəflər arasında iki fədə iclas keçirilib. Növbəti proses 11 iyul tarixinə təyin edilib. “AccessBank”ın iddiası təmin olunsa Əhmədovların mənzili əllərindən alınacaq.

 

 

tribunainfo.az