Ekstrasens: “Ora lənətlənmiş yerdir”

Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev okeanın dibindəki Titanik gəmisinə təşkil edilən ekskursiya zamanı itkin düşən batiskafla bağlı proqnoz verib.

Ekstrasens batiskafda olanlardan birinin hələ də sağ olduğunu deyib. Onun sözlərinə görə digər sərnişinlər hamısı ölüb:

“Təəssüf ki, onların hamısı həlak olublar. Yalnız 1 nəfər ölümcül vəziyyətdədir. 1 nəfəri xilas etmək üçün şans var.
Ancaq bilməliydilər ki, yad yerə ekskursiya təşkil edib əylənmək olmazdı. Titanikdə ölənlərin ruhları onlardan intiqam aldı. Çünki ora lənətlənmiş yerdir”.

Xatırladaq ki, Amerika şirkəti Atlantik okeanının dibində olan Titanik gəmisinə batiskaf gəmisi ilə ekskursiya təşkil edib. Növbəti ekskursiya zamanı gəmi ilə əlaqə itib. Bir neçə gündür ki, gəmidən heç bir xəbər yoxdur. Gəmidə turistlər arasında 58 yaşlı milyonçu Hemiş Hardinq də var.