DSMF pensiya yaşına çatmış şəxslərə problem yaratmaqda davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya yaşına çatmış şəxslərə problem yaratmaqda davam edir.

Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialı təqaüdçülər tərəfindən məhkəməyə verilib. Demək olar hər gün məhkəmə çəkişməsi olan DSMF ən çox bölgə əhalisi üçün problem yaradır. Şikayətlərin əksəriyyəti Şirvan, Şəki, Gəncədəndir.

DSMF-nın mərkəzi filialının 1 ayda 181 məhkəmə çəkişməsi var. Bu o deməkdir ki, sayı 180-a qədər olan təqaüdçü pensiya problemi yaşadığı üçün DSMF ilə bağlı məhkmədə iddia qaldırıb.
Bütün məhkəmə proseslərində işin mahiyyəti inzibati orqanın hərəkətsizliyi, sosial təminat və pensiya təminatı ilə bağlıdır.