Adil Əliyev: “Virusun ikinci dalğasından danışırlar,bunu nəzərə almalıyıq”

Azərbaycan dövləti koronavirusla mübarizəni uğurla davam etdirir. Qorxulan olmadı. Vaxtında görülən tədbirlər nəticəsində koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısı alındı. Ancaq rahat olmaq üçün hələ tezdir. Beynəlxalq aləmdə virusun ikinci dalğasından danışırlar. Bunu nəzərə almalıyıq. Həm də yaxın və uzaq ölkələrdə vəziyyət hələ qənaətbəxş olmazkən, biz birtərəfli qaydada karantin rejimindən tələsik çıxa bilmərik.Bu baxımdan, dövlət başçısının karantin rejiminin uzadılmasıyla bağlı qərarını dəstəkləyirəm.

XALQ.AZ xəbər verir ki, bunu vitse-spiker Adil Əliyev deyib.

“Düzgün qərardır. Əlbəttə, hər yerdə olduğu kimi Azərbaycanda da iqtisadiyyatda müəyyən problemlər yaranıb və bəziləri deyə bilər ki, ölkəmizdə virusun geniş yayılmasının qarşısı alınıbsa, aprelin 20-dən karantinə son qoymaq olar. Ancaq qeyd etdiyim kimi, təhlükə hələ tam sovuşmayıb. Prezidentimiz iqtisadiyyatla insanların sağlamlığı arasında ikinciyə üstünlük verdiyini bir daha nümayiş etdirdi. Birinci növbədə insanların sağlamlığımı düşünməliyik, özümüzü və ətrafımızı qorumalıyıq. İqtisadiyyatımızı bərpa etməyə gücümüz yetərlidir, buna heç kimin şübhəsi olmasın”-deyə, o, əlavə edib.