Adnan Oktar yarıçılpaq “kediciy”-indən danışdı (FOTO)

A-1

Ötən günlərdə Adnan Oktarın “kedicikləri”ndən biri sosial mediada çimərlik geyimində olan şəklini paylaşıb.

XALQ.AZ-ın məlumatına görə, insanlar tərəfindən təhqir olunan və müzakirə obyektinə çevrilən qadını Oktar tək buraxmadı. A9 kanalında veriliş aparan Adnan Oktar sonuncu proqramında qızlar ilə söhbət edərkən bu mövzuya rəy bildirib, onun çarşablı və bikinili tələbələrinin olduğunu deyib:

“Əslində mənim mühafizəkar tələbələrimin sayı çoxdur. Başı bağlılar 8-9 dəfə çoxluq təşkil edir, amma onlar efirə çıxmadıqlarına görə tanınmırlar. Liberal olanlar daha çox ortalıqda görünürlər”. Adnan bildirib ki, onun tələbəsinin də digər insanlar kimi çimərlik geyimi geyinməyə haqqı var.

A-2