Paytaxtda bu yol tam bağlandı

Yol

Bakıda daha bir yol bağlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinsdən verilən məlumata görə, Bülbül prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Neftçilər prospekti ilə kəsişməsinə qədər olan hissəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Rəsul Rza küçəsindən istifadə etmələri tövsiyə olunur.