“Ağ Yol” Vətəndaş Hərəkatı “Prezidentin 20 ən böyük uğuru” adlı kampaniyaya start verib

15

 

“Ağ Yol” bu ilin iyul ayının 1-dən Facebook üzərindən fəaliyyətə başlayıb və qısa zaman ərzində MDB-nin ən böyük Facebook qrupu olan 540 000 minlik “Ağ Yol” qrupunu yaradıb.

“Ağ Yol” həmçinin 128 minlik bir səhifə yarada, qrup və səhifəni Azərbaycanda ən dinamik və canlı müzakirə meydanına çevirə bilib. İndiyə kimi, “Ağ Yol” cəmiyyətin bütün təbəqələrinə yaşıl işıq yandırıb və onların səsinin yüz minlərlə Azərbaycan vətəndaşına çatması üçün şərait yaradıb.

Bu gün isə real siyasi vəziyyəti dəyərləndirərək, “Ağ Yol” Vətəndaş Hərəkatına çevrildiyini və prezidentliyə namizəd hazırkı prezident İlham Əliyevi müdafiə edəcəyini bəyan edir.

Hərəkatdan verilən məlumata görə, bununla bərabər, “Ağ Yol” Vətəndaş Hərəkatı namizədlərin ilk çıxışını dinləyərək, ölkədə baş verən proseslərə konkret və açıq mövqe ifadə etmək niyyətini ortaya qoyaraq, hazırkı prezident İlham Əliyevin namizədliyinə dəstək vermək haqqında qərar qəbul edib. Bu gündən, “Ağ Yol” vətəndaş hərəkatı cənab İlham Əliyevin açıq təbliğat kampaniyasına başladığını bəyan edir.

Eyni zamanda, “Ağ Yol” vətəndaş hərəkatı bu gündən “Prezidentin 20 ən böyük uğuru” adlı kampaniyaya start verir. Kampaniya çərçivəsində prezident İlham Əliyevin 10 il ərzində tarixə yazdığı 20 ən böyük uğuru haqqında posterlər hazırlanacaq və geniş cəmiyyətə keçmiş sovetlər məkanının ən böyük Facebook qrupu olan 540,000 minlik “Ağ Yol” qrupu, 128,000 minlik “Ağ Yol” Facebook səhifəsi vasitəsilə təqdim ediləcək.

Birinci uğur Azərbaycanın BMT Təhlükəsizlik Şurasına 155 ölkənin səsini qazanaraq qeyri-daimi üzv seçilməsidir.

Növbəti mərhələdə, bir neçə gün ərzində fəaliyyətin internetlə yanaşı, real həyata keçirilməsi üzərində də işlər aparılır.

Qeyd edək ki, “Ağ Yol” Vətəndaş Hərəkatı cənab prezidentin apardığı kursun davam etməsinin tərəfdarıdır. Bu kursun davam etdirilməsi Azərbaycanın növbəti illərdə uğurlu inkişafının zəmanətçisidir. Bunu əsas tutaraq, “Ağ Yol” prezident İlham Əliyevin tutduğu yola “DAVAM” deyir və hazırladığı “DAVAM” posterini də geniş ictimaiyyətin müzakirəsinə verir.