Ağac avtomobilin üzərinə aşdı

Agac

Bakıda ağacın avtomobilin üzərinə aşması faktı qeydə alınıb.

Hadisə paytaxtın Xətai rayonu Zığ şosesi 32 ünvanında baş verib. Ağacın gövdə hissəsi  tamamilə nəqliyyat vasitəsinin üzərinə düşdüyü üçün avtomobil demək olar ki, istifadəyə  yararsız hala düşüb.

Şahidlərin sözlərinə görə bu, yaşadıqları ərazidə qeydə alınan ilk hadisə deyil. Əvvəllər də  ağacların budaqları sınaraq həyətə düşüb. Sonuncu dəfə isə binada mənzillərin pəncərələri  sınıbmış. Qovaq ağacının kök hissəsinə diqqət yetirdikdə onun özəyinin ümumiyyətlə çürüdüyünün şahidi olduq.

Xoşbəxtlikdən sürücü nəqliyyat vasitəsinin içərisində olmayıb və hadisə xəsarətsiz ötüşüb. Avtomobilin sahibi deyir ki, heç 30 dəqiqə olmazdı ki, maşını həyətdə park edərək evə qalxmışdı.

“Saaat 4 radələrində maşın park etmişəm. Daha sonra evə qalxmışam. Bir qədər keçdikdən sonra səs eşitdik ki, bəs ağac maşını üzərinə düşüb. Hadisə ilə bağlı MİS-ə, polis idarəsinə, yaşıllaşdırmaya zəng etmişik” – deyə avtomobilin sahibi Röyal Ağalarov qeyd edib.

Nəqliyyat vasitəsinin sahibi aidiyyatı orqanlara zeng etsə də, əraziyə heç bir qurumdan gəlmədilər. Sadəcə mənzil istismar sahəsindən qaldırıcı texnikanın göndərildiyini müşahidə etdik.

Avtomobilə dəymiş ziyana gəldikdə isə nəqliyyat vasitəsi sığortasız olduğundan bütün xərcləri elə Röyal Ağalarov özü çəkməli olacaq. Küləkli havalar davam edəcəyindən bu cür hadisələrin tez-tez yaşanacağı da istisna edilmir.